Gülər Əhmədova: \"Hər bir azərbaycanlını və bu sevinci bizimlə paylaşan istənilən insanı təbrik etmək olar\"
\"Eurovision-2011\" mahnı müsabiqəsində qazandığımız qələbə millət vəkillərini də sevindirib. Bununla bağlı millət vəkili Gülər Əhmədova SİA-ya açıqlama verib. Bu qələbənin ölkəmiz üçün vacibliyindən danışan G.Əhmədova, gələn ilin Azərbaycan üçün çox önəmli olacağını qeyd edib: \"Dünənki qələbəmiz münasibətilə Azərbaycan xalqını təbrik edirəm, təbii ki bu məsələdə ən önəmli məqam gələn il keçiriləcək \"Eurovision\" mahnı müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsidir. Güman edirəm ki, bu bizim üçün daha böyük şansdır. Çünki biz bu vasitə ilə Azərbaycan həqiqətlərini, mədəniyyəti və tarixini bütün dünya ictimaiyyətinə çatdıra bilərik. Şübhəsiz ki, bugünkü günə gəlib çıxmağımızda kifayət qədər insanların əməyi var. Bu məsələdə başda ölkə başçısı İlham Əliyevə daha sonra isə İctimai kanala və Gənclər İdman nazirliyinə öz təşəkkürümü bildiriəm. Dünəndən bəri Azərbaycanda böyük coşğu və bayram əhval-ruhiyyəsi var və bu azərbaycanlılar üçün çox vacib məqamdır. Hər halda biz illər uzunu ümummili məsələlərdə bir qədər məyusluqla qarşılaşmışıq. Ancaq bu gün Azərbaycanın mədəni daxili və xarici siyasətində elə hadisələr baş verir ki, bu bizi məyusluqdan uzaqlaşdırır. Bu baxımdan hər bir azərbaycanlını və bu sevinci bizimlə paylaşan istənilən insanı təbrik etmək olar, çünki gələn il keçiriləcək müsabiqədə Azərbaycan üçün yeni addımlar atmağa daha böyük şanslar yaranacaq\".
GÜNAY MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB