Qazaxıstanda yaşayan soydaşımızdan cəbhə zonasındakı insanlara dəstək

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə, ordumuza, şəhid ailələrinə və cəbhəyanı zonada yaşayan əhaliyə dəstəyi davam edir. SİA-nın xəbərinə görə, yaşadığı yerdən asılı olmayaraq, hər bir soydaşmız müxtəlif platformalarda dəstək göstərərək dövlətimizin yanında olduğunu bəyan edir.

Cəbhə bölgəsində yaşayan əhaliyə növbəti dəstək Qazaxıstanın "Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi"nin sədri Natiq İbrahimov tərəfindən göstərilib. Soydaşımızın şəxsi təşəbbüsü ilə Füzuli, Cəbrayıl və digər cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara tibbi ləvazimat və gündəlik tələbat məhsulları çatdırılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə