Yalçın Adıgözəlov Daşkənd festivalında fəxri diplom alıb

Yalçın Adıgözəlov Daşkənd festivalında fəxri diplom alıb
Tanınmış dirijor, əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov Özbəkistan paytaxtında başa çatan "Daşkənd baharı" II beynəlxalq opera sənəti festivalının fəxri diplomuna layiq görülüb.

SİA-nın məlumatına görə, Azərbaycan musiqiçisi festivalda Cakomo Puççininin "Toska" operasına və yekun qala-konsertə dirijorluq edib. "Toska" operasının beynəlxalq iştirakçı heyəti beş ölkədən - İtaliya, Bolqarıstan, Rusiya, Belarus və Özbəkistandan solistlər toplayıb. Tamaşa böyük coşğu ilə qarşılanıb.

Azərbaycanın beynəlxalq opera sənəti festivalında iştirakı respublikamızın Özbəkistandakı səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə