Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın bu gün Bərdədə mülki insanlara qarşı törədiyi terror əməlini pisləyib. SİA-nın məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, Ermənistanın bu əməli pislənməlidir: “Bu gün Azərbaycanın Bərdə şəhərində çoxsaylı insan tələfatı ilə bağlı üzücü xəbər aldıq. Beynəlxalq səviyyədə qadağan olunmuş silahdan mülki əhaliyə qarşı istifadə qəbuledilməzdir və bu əməl birmənalə şəkildə pislənməlidir. Möhkəm dayan Azərbaycan!”.

Bütün xəbərlər Facebook səhifəmizdə