Ruhi Çenet Qarabağ müharibəsindən təsirli görüntülər hazırladı VİDEO

Türk məşhur "YouTuber" Ruhi Çenet Azərbaycanla bağlı video hazırlayıb.

SİA xəbər verir ki, videonu 24 saat ərzində 500 mindən artıq insan izləyib. Ruhi Çenet Azərbaycan əsgərləri ilə söhbət edib və onların vəziyyəti ilə maraqlanıb.

Daha sonra Gəncədə olan bloger erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən Çenet bununla da bir çox faktı dünyaya çatdırıb.

Qeyd edək ki, paylaşılan video "YouTube" Azərbaycan seqmentində trenddə 2-ci yerdədir.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə