Edinburq şəhərində Gəncə terroru pisləndi

Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib. SİA-nın xəbərinə görə, Edinburq şəhərində yerləşən Scott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər.

Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları "Ədalət yoxdursa, sülh də yoxdur", "Qarabağ Azərbaycandır!", "Uşaq ölümünə son qoyun!", "Mülki insanlar toxunulmazdır", "Erməni terroruna son qoyun", "İşğalçı dövləti dəstəkləməyin" və s. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə