İkinci Qarabağ müharibəsi: 30 ilə bərabər 30 gün - ŞƏRH

Prezident İlham Əliyev: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq”

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından bir ay keçir. İyirmi yeddi il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi bir ay ərzində geri qaytarmışıq. 30 günlük müharibə zamanı Ali Baş Komandanımız, ölkə Prezidentimiz İlham Əliyevin diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgərdərimizin şücaəti nəticəsində mənfur düşmən tapdağından 4 şəhərimiz- Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və qəsəbələri, 150-dən artıq kəndi, əhəmiyyətli strateji mövqeləri işğaldan azad edilib. Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin dəyəri $2 mlrd-dan çox olan texnikası, 3 mindən çox calı qüvvəsi, 252 tankı məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb. 50 ədəd piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 ədəd müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 82 "Qrad" qurğusu, 2 "Uraqan", 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, 2 "S-125" zenit-raket, 6 "S-300" zenit-raket kompleksi, 1 aşkaretmə stansiyası, bir lokatr, 2 "Elbrus" əməliyyat-taktiki raket kompleksi, 1 "Toçka-U" raketi, 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.

Bu gün də Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyir və xalqımızı ardıcıl qələbə xəbərlərinə sevindirməkdə davam edir. Azərbaycan ordusu dünya müharibə tarixində nadir hallarda görünən uğura imza atdı. Ermənilər işğal etdikləri torpaqlarda neçə illər idi ki, möhkəmlənirdilər. Relyef baxımından da, üstünlük onlar tərəfdə idi. Bütün bu çətinliklərə baxmayaraq ordumuz düşmənin öhdəsindən gəldi. Düşmənin yaratdığı müdafiə xətləri dağıdıldı. Bu gün Ermənistan ordusu əsgərlərimizin qarşısında aciz qalıb. Məğlub olduqların başa düşüb bütün dünyaya səs salıblar ki, bizə kömək edin. Artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığının bilir. Bu həm də ölkə Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur Mübariz, igid əsgərlərimizin rəşadəti!

Xalq-ordu birliyi - orduya olan inamdan xəbər verir

Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir!. Və Ordumuzun uğurları hər bir azərbaycanlında sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışqlarında, müsahibələrində və xalqa müraciətlərində dəfələrlə vurğulayıb ki, bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

“Azərbaycan xalqı öz qəhrəman övladları ilə qürur duyur”

Azərbaycan Prezidenti onu da bildirib ki, dövlət həmişə sizin yanınızdadır: “Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq”.

Bax, budur xalq-iqtidar-ordu birliyi. Dövlət başçımızın dediyi kimi: “Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bəli, bu birliyin təcəssümü qalibiyyətdir və Azərbaycan Prezidentinin siyasəti qalib gələcək!. Çünki qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. İndiki məsuliyyətli günlərdə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Nida işarəsi!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...