Floridada işğalçı Ermənistan ordusunun Gəncə terroruna qarşı etiraz aksiyası keçirilib

Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mayami şəhərində icazəli etiraz aksiyası keçirilib. SİA-nın xəbərinə görə, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını kəskin şəkildə pisləyiblər.

"Florida Azərbaycan İcması"nın da iştirak etdiyi aksiyada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə, Gürcüstan və İsrail bayraqları da dalğalandırılıb. Aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə zonası deyil!", "Erməni terrorçuluğuna son!", "Uşaq ölümünə son qoyun!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!", "Erməni təcavüzünə son qoyun!" kimi şüarlar səsləndirilib. Qeyd edək ki, aksiya zamanı dalğalandırılan üçrəngli bayrağımızı ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı qadınlar öz əlləri ilə tikib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...