Azərbaycan və Türkiyə bayraqları İğdırın mərkəzində

Türkiyədə bütün bölgələrində Azərbaycana mənəvi dəstək davam edir. Qardaş ölkənin ictimai-siyasi həyatında mövzu Azərbaycan, arzu və istək torpaqlarımızın tezliklə işğaldan azad olunması, niyyət ölkəmizə və xalqımıza həmrəylik və mənəvi dəstək göstərməkdir. Müzəffər Azərbaycan Ordusunun rəşadətli qələbələri hər bir türkiyəli üçün, sözün əsl mənasında, qürur mənbəyidir.

SİA xəbər verir ki, Azərbaycana dəstək aksiyaları müxtəlif formalarda keçirilir. Üçrəngli bayrağımız tarixi abidələrin, şəhər mərkəzlərinin, əzəmətli binaların bəzəyinə çevrilib. İğdırlılar da bu aksiyaya qoşularaq şəhərin mərkəzi prospektində Azərbaycan və Türkiyənin nəhəng bayraqlarını qoşa asıblar. İndi iki qardaş xalqın fəxri olan bayraqların dalğalandığı ərazi şəhərin ən cəlbedici məkanına çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə