Müharibədən sonra qapımızı ən çox döyən orta Asiya vətəndaşları olacaq

"Müharibənin ilk günlərində Azərbaycanın yanında olmaqdan qorxan orta Asiya respublikaların Azərbaycanın qələbəsindən ən çox yararlanan xarici ölkələr sırasında olacaqlar". Bu fikirləri SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib

Ekspert billdirib ki, dini dinimizdən və əksəriyyəti də türk respublikaları olsa da həlledici məqamlarda qorxaq münasibət sərgilədilər. Amma 2021-ci ildə bizim miqrasiya xidmətinə ən çox müraciət edən xarici vətəndaşlar məhz bu respublikaların vətəndaşları olacaqlar. Çünki bu respublikalarda işsizlik səviyyəsi yuxarıdır: “Məsələn, götürək özbəkləri.Təxminən 3 milyon özbək, yəni ölkədəki işçi qüvvəsinin altıda biri xaricdə yaşayır. Onların çoxu Özbəkistandakı ailələrinə pul göndərə bilmək üçün Rusiyada işləyir. Halbuki rəsmi göstəricilərə əsasən, işsizlik səviyyəsi 5 faiz üzərindədir. Çünki orda bir inəyi olan adamı da fermer kimi qeydiyyata alırlar.

O respublikaların əksəriyyətində durum belədir. İnsanlar Rusiyaya üz tutur. Onlar orda ən ucuz işçi qüvvəsi kimi tanınırlar və ən aşağı səviyyəli hesab edilən iş yerlərində çalışırlar. Lakin hazırda Rusiyada da iqtisadi həyatın ötən illərdə olduğundan çox fərqləndiyi üçün orta Asiya miqrantlarının böyük əksəriyyəti vətənlərinə geri dönmüşlər. İndi isə Qarabağ münaqişəsinin həlli ilə respublikamızın 20%lik bir hissəsində böyük tikinti bumu başlayacaq. Bu tikinti quruculuq işlər 1-2 il deyil, azı 5 ilə qədər müxtəlif səviyyələrdə davam edəcək. Bu illər ərzində məhz bizi aşkar dəstəkləməkdən qorxan bu respublikaların vətəndaşları burda işləmək üçün müraciətlər edəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...