Xalq artisti vurğulayıb ki, Azərbaycan bir daha sübut etdi ki, onun mədəniyyəti həqiqətəndə yüksək səviyyədədir: "Və buna da bütün dünyanını inandırdı. Bu nailiyyət sevinc hissindən başqa nə ola bilər ki? Bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edərək demək istəyirəm ki, Nigarı Eurovision mahnı müsabiqəsindən tanıyırdımsa, ancaq Eldarı Azərbaycan teatrının tarixində xüsusi yeri olan aktyor Abbasmirzə Şərifzadə, Mərziyə Davudavanın nəticəsi, bununla yanaşlı, həmçinin respublikanın xalq artisti Firəngiz Şərifovanın nəvəsi olaraq çoxdan tanıyıram. Eldar bir daha öz kökünü təsdiq etdi və bizi sevindirdi".
Sevincinin həddi- hüdudu yoxdur deyən Afaq Bəşirqızı: "Sevincimin sayı on qatdır. Bir sənətkar nəticəsinin Azərbaycanın adını yüksəklərə qaldırması məni bir sənətkar kimi çox ziyadə sevindirdi. Təmsilçilərimizi sidq ürəkdən təbrik edirəm. Bu belə də olmalı idi".
Azərbaycan "Eurovision- 2012" mahnı müsabiqəsinə hazırdırmı sualına aktrisa belə cavab verdi: "Hazırda hazır olmasa da, ancaq gələn ilə kimi mütləq hazır olacağıq. Vətəndaş kimi də orada mənim çiynimə ağır bir yük düşərsə, o zaman həmin ağırlığı çəkməyə hazıram".
Xalq artisti sonda onu da qeyd edib ki, gələn il Azərbaycanda keçirilən müsabiqə digər ölkələrdə keçirilən Eurovision yarışmasından fərqli və daha səs- küylü olaraq yadda qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB