Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb

Serbiyanın "Natsionalna TV" kanalının "Nəzər nöqtəsi" proqramında Azərbaycandan bəhs edilib. SİA-nın xəbərinə görə, Proqrama müsahibəsində Azərbaycan–Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə canlı efirdə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və Ermənistanın təcavüzkar siyasəti haqqında ətraflı məlumat verib.

Bildirib ki, Ermənistanın öz təcavüzkar siyasətinə don geydirmək üçün bu münaqişəni dinlərarası müharibə kimi qələmə vermək səylərinin heç bir məntiqi əsası yoxdur. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan multikultural dəyərlərə söykənən, dini tolerantlığın hökm sürdüyü, xalqların dini və milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmadığı ölkədir.

Mərkəz direktoru nəzərə çatdırıb ki, Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetmə hüququnun olması iddiaları separatçılığa hüquqi don geyindirmək cəhdindən başqa bir şey deyildir. Çünki erməni xalqı müqəddəratını artıq müəyyən edib və Ermənistan respublikası movcuddur. O, xəbərdarlıq edib ki, Ermənistan ordusunu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasa, Azərbaycan ordusu bunu təmin edəcək və bütün erməni xalqı humanitar fəlakətlə üzləşəcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə