Misir və İordaniya mediasında Ermənistanın təcavüzkar siyasəti pislənilib

Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bu ölkənin “almydannews” qəzetində və “zatmasr.com” saytında müsahibəsi dərc olunub. SİA-nın xəbərinə görə, diaspor sədri Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu qeyd edib. O, ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb.

Seymur Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. O vurğulayıb ki, işğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.

S.Nəsirov Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını da təəssüflə qeyd edib.

İordaniyada isə bu ölkədəki Azərbaycan diasporunun “nayrouz.com” qəzetində Ermənistanın təxribatlarını pisləyən bəyanatı dərc olunub.

Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir. Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.

Daha ətraflı aşağıdakı linklərdə:

http://almydannews.net
https://zatmasr.com
https://nayrouz.com

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə