Naxçıvan nümayəndəliyinin rəhbəri Pakistan səfiri ilə görüşüb FOTOLAR

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

SİA xəbər verir ki, Görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə əməkdaşlıq imkanları, regional vəziyyət, qarşıda duran mühüm vəzifələr, rəsmi səfərlər və digər vacib, maraq doğuran məsələlər ətrafında səmimi müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə