Mötəşəm qələbədən sonra "Eurovision-2011" qalibləri Eldar Qasımov və Nigar Camal mətbuat konfransınında iştirak ediblər. SİA-nın məlumatına görə, təmsilçilər əllərində qalibiyyət triumfu olan xrustaldan hazırlanmış "Eurovision"un qalib mikrofonu ilə salona daxil olublar. Təmsilçilərimiz bütün Avropa mediası tərəfindən böyük coşqu ilə qarşılanıb və media təmsilçilərinin çoxsaylı suallarını cavablandırıblar. Dünyanın ən nüfüzlu media orqanlarının iştirakı ilə keçirilən konfransı təmsilçilərimiz Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə açdılar: "Allah bizə qələbə gəlməyi kömək etdi", - deyə Nigar söyləyib. "Hami bizə uğur diləyirdi, biz ilk gündən qələbəyə inanırdıq. Bakıya geri dönürük, biz sizi çox sevirik. Dəstəyinizə görə minnətdarıq", - deyə Eldar əlavə etdi. Təmsilçimizin sözlərinə görə, onlar qalib gələcəklərinə əvvəlcədən inanıblar: "Çünki bizim böyük tamaşaçı kütləmiz, gözəl mahnımız var idi. Arzularım çin oldu".
"Mayın 10-u Bakıda gül bayramı idi, indi isə biz Bakıya böyük bayram gətirəcəyik", - Nigar qeyd edib. Təmsilçimiz qeyd edib ki, hər kəs onların qələbəsinə inanıb, etimad göstərib: "Buna görə hamıya təşəkkür edirik. Bizə verdikləri dəstəyə görə bütün dünya azərbaycanlılarına minnətdarıq".
Qalibiyyətdən sonra Türkiyə bayrağı ilə səhnəyə çıxan Azərbaycan təmsilçiləri, bu qalibiyyətin bütün türk dünyasına məxsus olduğunu deyiblər.
Hələ telefon vasitəsi ilə heç kiminlə qələbə sevincini bölüşmədiyini deyən Eldar Qasımov, bunu telefonunun yanında olmaması ilə əlaqələndirib: "Əgər telefonum yanımda olsaydı ilk əvvəl anamı təbrik etmək istərdim. Mən buradan bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan, gözləyin qalibiyyətimizi gətiririk"...
Çoxsaylı sualları cavablandıran 56-cı "Eurovision" müsabiqənin qalibi Eldar Qasımov və Nigar Camal gələcək planlarından da danışıblar. Onlar bildiriblər ki, gələcək üçün həm duet, həm də solo ifaları olacaq: "Bizim üçün hər şey bu gündən başlayır. Bu möhtəşəm və təsəvvür edilməyəcək bir hissdir".
Gələn il Azərbaycanı bu müsabiqədə kimin təmsil etməsi ilə bağlı suala isə Nigar Camal "mənim qızım təmsil edəcək", - deyib.
Türkan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB