“Vestnik Kavkaza” internet portalında “Qarabağ: qisasın ədaləti” adlı məqalə yayımlanıb

Oktyabr ayının 19-da “Vestnik Kavkaza” internet portalında azərbaycanlı diplomat, Fəxri Legion ordeni kavaleri Pamiz Abutalıbovun müəllifliyi ilə “Qarabağ: qisasın ədaləti” adlı məqalə dərc olunub. SİA-nın xəbərinə görə, Qarabağ torpağının gözəlliyini vəsf edən müəllif erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərini xatırlayır: “... Təxminən otuz il əvvəl dinc vətəndaşlar, dünənə qədər özünü qonşu adlandıran körpələr, qocalar, hamilə qadınlar əjdadlarının yaşadığı yerlərdən silahlı dəstələrin təzyiqi nəticəsində getməli oldular... “Məhv edilmiş Xocalıdan bu dağ keçidlərində onların nə qədəri qaldı? Quru rəqəmlər bu ağrını təsvir edə bilərmi? “Qarabağ” muğamı bizim naləmizdir”... deyə məqalədə qeyd edilir.

Qərbdəki bəzi intellektuallar Qarabağ məsələsinin qapandığını düşünsələr də, müasir silahlarla silahlanmış Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirdikləri uğurlu əks-terror əməliyyatları ilə bölgədə yeni tarix yazmağa başladılar.

Müəllif qeyd edir ki, ədalət bərpa olunacaq və hər kəs etdiklərinə görə cavab verəcək. Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadən bildirilir ki: “Ermənistan öz cinayətlərinə görə cavab verməlidir. Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi hərbi cinayətlərlə bağlı məruzə hazırlandığını xüsusi vurğulayır”.

Məqalə bu sözlərlə bitir: “Qarabağ dinamiti” partladıldı, qəlpələrini İrəvan yığmalı olacaq.

Məqalənin tam mətni bu linkdə:
https://vestikavkaza.ru/analytics/karabah-spravedlivost-vozmezdia.html

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə