Düşmən Ordumuzun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb. SİA-nın məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür: "Düşmənin bu etiraflarını Azərbaycanın Ali Baş Komandanı daha əvvəl demişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiya və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika və təlimlərə yiyələnib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...