Mnatsakanyanın Rusiyaya üçüncü yolçuluğu... ətəyi yanıb! Rusiya və ABŞ KİV-i yazır

Dağlıq Qarabağ müharibəsi iyirmi beşinci gününə qədəm qoyarkən Azərbaycan Ordusu 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etmək üçün başladığı əməliyyat bir neçə istiqamətdə davam edir. Əməliyyat çərçivəsində Qubadlı istiqamətindəki erməni qüvvələri top atəşi ilə məhv edilib. Rusiyanın TASS agentliyi məğlub olan erməni ordusunda hadisələrin nəzarətdən çıxdığı barədə yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamada tərkibində təqribən 400 əsgər olan Ermənistana məxsus 556-cı alayın demək olar ki, hamısının zərərsizləşdirilib. Hücumun baş verdiyi bölgələrdən Qubadlıya piyada məsafənin 1-2 saat olduğu və bölgənin hər an Azərbaycan Ordusunun nəzarəti altına keçəcəyi bildirilir.

Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Qarabağ müharibəsi başlayandan bəri üçüncü dəfə Rusiyanın paytaxtı Moskvaya gedib. Ermənistan xarici işlər nazirinin sözçüsü Anna Naqdalyan açıqlamasında Z.Mnatsakanyanın Rusiyaya "qısamüddətli səfər" etdiyini söyləyib.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hücum nöqtələrinə atəş açdığı barədə açıqlama yayıb. Nazirliyin son saatlarda verdiyi açıqlamada, erməni qüvvələrinin Tərtər və Ağdam bölgələrinə hücumlar etdiyi deyilir.

Ermənistan isə bu günə qədər 710 əsgər itirdiyini rəsmi olaraq açıqlayıb. Azərbaycan Baş Prokurorluğunun verdiyi açıqlamada Ermənistanın açdığı atəş nəticəsində 63 mülki şəxsin öldüyü və 291 mülki şəxsin yaralandığı bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərinin və rayonun 6 kəndinin və Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad edildiyini açıqlayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin cümə günü ABŞ dövlət katibi Mike Pompeo ilə ayrıca görüşəcəklərini açıqlayıblar. İki ölkənin xarici işlər nazirlərinin bir araya gəlməsi gözlənilmir.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Məclisində çıxış edərək, "Minsk qrupu beyin ölümü keçirib" deyib.

Moskvada keçirilən görüşlər zamanı 10 Oktyabr saat 12:00-dan etibarən atəşkəs həyata keçirilməsinə qərar veriləndən sonra Ermənistan ordusu Azərbaycanın mülki yaşayış məntəqələrini top və raket hücumuna məruz qoyub.

Erməni ordusu 17 oktyabrda ikinci dəfə Gəncə şəhərinə raket hücumu təşkil edib, nəticədə 13 mülki insan həyatını itirib, 50-dən çox mülki yaralanıb.

İki ölkə arasında ikinci dəfə 18 oktyabrda müvəqqəti humanitar atəşkəs qərarı verildi, lakin Ermənistan yenidən atəşkəsi pozaraq mülki insanları hədəf alıb.

New York Times qəzetinin müxbiri Anton Troianovski cəbhə xəttindən yazdığı xəbər bomba kimi gündəmə gəldi. Müxbir fotoqraf Sergey Ponomarevlə birlikdə erməni işğalı altında olan Dağlıq Qarabağın paytaxtı Xankəndinə getdiyini bildirib. "Zalım müharibənin cəbhəsi: Dağlıq Qarabağdakı ölüm və ümidsizlik" başlığını istifadə edən yazıda deyilir: "Erməni səngərlərində qorxu hökm sürür. Erməni qüvvələri Azərbaycan pilotsuz təyyarələrinə və silahlı insansız hava vasitələrinə (İHA/SİHA) qarşı tamamilə çıxılmaz vəziyyətdədir. Azərbaycan ordusu artilleriya hücumları və SİHA hücumları sayəsində 27 sentyabrdan irəliləyərək indiyə qədər onlarla yeri işğaldan xilas edib".

Məqalədə Ermənistanın məhdud hava hücumundan müdafiə sistemlərinin İHA/PUA-ları dayandırmaq üçün yetərli olmadığı vurğulanıb. Azərbaycan Ordusunun yanında zəif olan Ermənistan dövləti gəncləri və könüllüləri cəbhəyə göndərir. Cəbhəyə göndərilənlər arasında veteran əsgərlər də var. Əvvəlki müharibədə iştirak edən erməni əsgər Artur Aleksanyan "Kalaşnikov" avtomatının müharibənin əsas elementi olduğunu, ancaq bu dəfə şərtlərin çox fərqli olduğunu söyləyib.

Ön cəbhələrdə döyüşən Tigran Saakyan Azərbaycan əsgərlərindən qorxduğunu belə ifadə edib: "Birini yıxsan, qaçmazlar. Sonra başqası, daha sonra başqa biri gəlməyə davam edir. Onlar robotlar kimidirlər, üstümüzə gəlməyə davam edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə