MDTF “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır

Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alaraq, “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır. SİA-nın verdiyi məlumata görə, xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bank hesablarına daxil olan ianələr və onların istifadəsi ilə bağlı hesabat mütəmadi olaraq Fondun sosial media ünvanlarında yerləşdiriləcək. Allah şəhidlərimizə rəhmət eləsin!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə