İsraildə Gəncə terrorunun qurbanları yad edilib

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən şəhidlərimizin və Gəncə terrorunda həlak olanların əziz xatirəsi yad edilib.

SİA-nın xəbərinə görə, Assosiasiyanın üzvü, ravvin Rabbi Şmuel Simantovun aparıcılığı ilə sinaqoqun qarşısında təşkil edilən anım mərasimində şəhidlərimizin ruhuna dualar edilib. Sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz müharibənin tezliklə başa çatmasını, insan tələfatının olmamasını, torpaqlarımızın düşmən işğalından azad olunmasını, əsgərlərimizin tezliklə sağ-salamat evlərinə geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə diləyiblər. Video: https://t.me/AzerbaijaniDiaspora

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə