Erməni terroru və qətliamları… - TƏHLİL

İşğalçı ölkənin insanlığa sığmayan qəddarlıqları

Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Çox təssüf ki. bu gün sivil dünyamızda terrorçuluq əməlləri törədilir. Özü də tarixi, dini, mədəniyyəti, dili olmayan ermənilər tərəfindən törədilir. Tarixdən bəllidir ki, 1883-cü ildəİrəvan şəhərinin 18. 766 nəfər əhalisinin 15. 992 nəfəri, 1866-cı ildə isə 27. 246 nəfərindən 23. 626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur. Böyük Ermənistan yaratmaq xülyasında olan ermənilərin həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Tarixdə heç bir dövlətçiliyi olmayan ermənilər zaman-zaman xalqımıza qarşı terror aktları törədiblər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta, hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmişdir. Təəssüf ki, hələ də nüfuzlu beynəlxalq qurumlar və qüdrətli dövlətlər erməni terror təşkilatlarının törətdikləri vandal aktlara ciddi münasibət bildirməmiş, terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirməmişlər.

Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. ASALA, MAQ, "Erməni İttifaqı", "Erməni Azadlıq Cəbhəsi" terror təşkilatları ilə yanaşı, "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetirmiş və ya ömürlük şikəst qalmalarına səbəb olmuşlar.

ERMƏNİ TERRORÇULARININ TÜRK İCTİMAİ-SİYASİ XADİMLƏRİNƏ QARŞI QANLI TERROR AKTLARI

1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdir.

1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bir neçə gün ərzində təkcə Bakıda 12 min insan sırf milli-etnik zəminində qətlə yetirilmiş, kütləvi qətliamlar Azərbaycanın Şamaxı, Quba, Qarabağ və digər bölgələrini də əhatə etmişdir. Yalnız 1918-ci ilin sentyabrında Nuru paşanın başçılıq etdiyi ordunun Bakını xilas etməsindən sonra bu qırğınların qarşısı qismən alınmışdır.

Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadimlərindən Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.

Erməni terrorçuları zaman-zaman İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.

"Terrorizm`ə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinəəsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür.

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlıəhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Qısa bir tariximiz bizə ermənilərin terorçu olduğunu bir daha göstərir. 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur. 11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. 10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır. 30 noyabr 1990-cı ildg isə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

ERMƏNİ TERRORUNUN ACI NƏTİCƏLƏRİ

Bir-birinin ardınca törədilən terror aktlarının davamı olaraq 09 yanvar 1991-ci ildə "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır. Bu terror isə 19 iyun 1991-ci ildə baş tutmuşdu. 31 iyul 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Beləliklə, Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılması, Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılması, "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfərin qətlə yetirilməsi, "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılması, Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılması və nəticədə onlarla insanların həlak olması erməni terrorunun acı nəticələridir. 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur. Sadaladıqca sona yetməyən terror aktları erməni simasının göstəriciləridir.

02 iyun 1993-cü ildə Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşıİqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Başİdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdəRusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir. 01 fevral 1994-cü ildə Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar. 19 mart 1994-cü ildə Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. 03 iyul 1994-cü ildg Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1989-1994-cü illərdə erməni terrorçuları Dağlıq Qarabağda nəqliyyatda 29 iri terror aktı təşkil etmiş, iki mülki vertolyotu və 2 təyyarəni vurmuşlar.

Bu gün də terror əməllərini davam etdirirlər. Bu gün Ermənistan tərəfindən qədim Gəncə şəhəri hərbi cinayətə və terrora məruz qalıb. Azyaşlı uşaqların erməni terroruna məruz qalması onların növbəti vəhşiliyin nümunəsi oldu. Ermənistan silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimində iştirak edən mülki əhalini atəşə tutması bu ölkənin terrorçu və cinayətkar mahiyyətini bir daha ortaya qoymuş oldu. Bu, təcavüzkar, işğalçı ölkənin insanlığa sığmayan qəddarlıqlarıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...