Azərbaycan haqlı mübarizəsində qalib gələcək və tarixi ədaləti bərpa edəcək

Döyüşlərdə bərkiyəcək, son sözünü demək üçün,

Haqq yolundan dönməyəcək, azadlığa yetmək üçün

Bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Azərbaycan Prezidentinin dediyi kimi, bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar". Artıq o gün uzaqda deyil. Artıq Vətən Müharibəsinin 24-cü gününü yaşayırıq. Hər gündə ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev qələbə sorağını xalqımıza çatdırır. Bu qələbə Prezidentimizin diplomatik siyasətinin, Güclü Ordumuzun və rəşadətli əsgərlərimizin şücaəti nəticəsində əldə olunan Qələbədir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Lakin hələ də Ermənistanın faşist xislətli küçə “demokratı” Nikol Paşinyan bu günə kimi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bütün beynəlxalq görüşlərdə verdiyi ibrət dərsdən bir nəticə çıxara bilməyib. Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərir. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu günlərdə dövlət başçımızın Azərbaycan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm informasiyaları haqqında bildirib ki, Ermənistanın işğalçılıq siyasəti Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır: “Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi”.

Dövlət başçısı onu da deyib ki, bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik: “Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Artıq bu gün qələbə xəbərlərimiz dayanmadan gəlməkdədir. Gözün aydın Azərbaycanımız, gözün aydın xalqım mənim, gözün aydın bütün türk xalqım!

Qələbələrimizin sorağı ardıcıl gəlməkdədir və gələcək də!

Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, praqmativ siyasətinin nəticəsində əldə olunmaqdadır. Çünki Güclü Ordu ilə Güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və sentyabrın 27-dən başlayaraq bu günə kimi, Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın şanlı silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi – “Dağlıq Qarabağ Respublikası” separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, “qüdrətli və məğlubedilməz erməni ordusu”nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da yenə də Azərbaycan ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini verdi.

Ancaq terrorçu Ermənistan çirkin əməllərindən heç vaxt əl çəkməyib və oktyabrın 9-da Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə imzaladığı humanitar atəşkəsə əməl etməməsi, gecə saat 2-də Gəncəni erməni silahlı qüvvələrinin atəşə tutması bir daha erməni faşizminin sifətini nümayiş etdirdi. Dövlət başçımız dəfələrlə çıxışlarında vurğulayıb ki, bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir: "Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar”.

Çünki Azərbaycan haqq yolundadır və apardığı mübarizədə də qalib gələcək, tarixi ədaləti bərpa edəcək. Uğur olsun, Prezidentimiz, uğur olsun Ali Baş Komandanımız! Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq. Hər an şad xəbər gözləyirik. Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Əminliklə düşmənin müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacağını və çox tezliklə Azərbaycan bayrağının Qarabağımızın hər bir guşəsində dalğalanacağını görəcəyik! Qələbə bizimlədir! Güclü Ordumuz, rəşadətli əsgərlərimiz, növbəti QƏLƏBƏ SORAĞI İLƏ, Ulu Tanrı dayağınız olsun!!!

MƏHƏBBƏT İBRAHİMOVA,
YAP Nərimanov rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə