Qubadlı-Zəngilan cəbhəsi açılıb: döyüşlər gedir - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi bu gün cəbhənin müxtəlif istiqamələrində döyüşlərin getdiyinə dair rəsmi məlumat yayıb. SİA xəbər verir ki, rəsmi məlumatda diqqətçəkən məqamlardan biri cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri ilə yanaşı, Qubadlı-Zəngilan istiqamətlərində savaş getdiyinin qeyd olunmasıdır.

Bu isə o deməkdir ki, rəşadətli ordumuz artıq işğaldan azad edilmiş Cəbrayıl rayonunu geridə qoyaraq Qubadlı-Zəngilanın sərhədinə çatıb.

Bu istiqamətdə müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən isə öz növbəsində müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Xatırladaq ki, bu günə kimi Müdafiə Nazirliyinin rəsmi məlumatlarında cəbhənin Qubadlı-Zəngilan istiqamətlərindən bəhs olunmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...