Qələbənin dadını çıxaraq - VIDEO

Qələbənin dadını çıxaraq - VIDEO

Bugün dəqiqələr öncə Azərbaycan tarixində bir ilk yaşandı. Ölkəmizi Eurovision-2011 də təmsil edən Nigar və Eldarın birincilik xəbəri hazırda bütün həmvətənlərimizin sevinc izdihamı ilə qarşılanır.


Azərbaycan xalqı qələbənin şokundadır. Eldarla Nigar isə həyəcanla başladıqları yolun qalibiyyət sevincini birgə həyəcanları ilə bölüşürlər.

Azərbaycanın tarixində ilk dəfə belə qələbə qazanması ölkəmiz üçün fəxrdir. Təmsilçilərimizi təbrik edir, Azərbaycan üçün xal verən bütün ölkələrə öz təşəkkürümüzü bildirir və tarix boyu daha gözəl qələbələrlə yaddaşlarda iz salacağımıza ümid edirik!

Qələbənin dadını çıxaraq!

Bütün xəbərlər Facebook səhifəmizdə