Həsən Qarayev: “Üçrəngli bayrağımız Şuşada dalğalanacaq”

“Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. 30 ilə yaxındır ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunur. Bu baxımdan bütün dünya azərbaycanlıları Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərləirmizlə fəxr edir, qürur duyurur”. Bunu SİA-ya açılamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyin sədri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsində Azərbaycan ordusunun parlaq qələbələri tarixi kitablarda, yazılı ədəbiyyatlarda dönə-dönə vurğulanacaq, igid əsgərlərimiz haqqında əsərlər yazılacaq: “Bütün cəbhə boyu düşmən canlı qüvvə və hərbi texnika baxımdan böyük itkilərə məruz qalır. Sentyabrın 27-dən bu günə qədər ümumilikdə düşmənin 250-dək tank və digər zirehli texnikası, 235 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 10 silah-sursat anbarı, 200-dən artıq avtomobil texnikası, 2 ədəd “S-300” zenit-ra¬ket kompleksi, 4- SU-25 təyarəsi sərrast atəşlərlə məhv edilib. Onlarla hərbi texnika qənimət olaraq götürülüb. Cəbrayıl, Füzuli şəhərləri, Hadrut, Suqovşan qəsəbələri və onlarla kənd, strateji yüksəkliklər düşməndən azad edilib. Əminəm ki, yaxın günlərdə Azərbaycanımızın üçrəngli bayrağı Xankəndində, Şuşada, Kəlbəcərdə və digər işğal altında olan yaşayış məskənlərimzdə dalğalanacaq. Oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edilməsi münasibəti ilə xalqa müraciətində “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib” qeyd etdiyi fikirləri ilə rəşadətli ordmuzun öz xilaskarlıq missiyasını uğurla davam etdirdiyini bütün dünyayay nümayiş etdirdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüqu¬qun norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri həyata keçirir”.

H.Qarayev onuda bildirdi ki, terrorçu dövlətin silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Yevlax, Bərdə, Beyləqan, Ağcabədi, Goranboy, Göygöl, Tərtər yaşayış məntəqələrini atəşə tutaraq qadın və uşaqlar daxil olmaqla, 70-ə qədər mülki şəxsi qətlə yetirmiş, 200-dən çox mülki şəxsi yaralamışlar: “Yaralananlar içərisində qadın və uşaqlar daha çoxdur. Ermənistanın vandal əməlləri nəticəsində minlərlə şəxsi evə, eləcə də sosial infrastruktur obyektlərinə və yaşayış binasına ciddi zərər dəyib. Paşinyan rejiminin cinayət əməlləri Cenevrə Konvensiyasının müddüalarına ziddir və insanlığa qarşı cinayət hesab olunur. Gəncninn bombalanması nəticəsində onlarla dinc insan həyatını itirdi. Bununlada da ermənilərin tarixən Azərbaycana qarşı apardıqları soyqırımı siyasətini davam etdirdiklərini nümayiş etdirdilər. Fakt budur ki, İki yüz ildir Azərbaycan erməni vandalizmi və soyqırımı ilə üzləşib. Xarici dövlətlərdən hərbi-siyasi dəstək alan ermənilər Azərbaycanın qədim torpaqlarında özlərinə dövlət qurublar. Bununla kifayətlənməyib, yeni ərazilər qəsb etmək iddiasındadırlar. Ötən əsrin əvvəllərində, əsasəndə 1905-1907, 1918-1920-ci illərdə ermənilər faktiki olaraq təkcə torpaqlarımızı işğal etməklə kifayətlənmədilər, həm də xalqımıza qarşı böyük qırğınlar, soyqırımlar həyata keçirdilər. 1988-ci ildən başlayaraq Qarabağda işğal siyasəti həyata keçirməklə azərbaycanlılra qarşı qanlı qətliamlar, soyqırımlar həyata keçirdilər. Tarixdə misli görünməmiş Xocalı sosyıqıqımını törətduilər. O zaman dünya birliyi susdu. Çünki, bəzi dövlətlər ermənlərə araxa dayaq idilər. Ancaq Azərbaycan bu cür ikili standartlara uzun müddət dözə bilməzdi. Bu baxımdan sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızdan işğalçıların təmizlənməsi əməliyyatlarına başlanıldı”.

H.Qarayev qeyd etdi ki, Azərbaycan ordusunun Qarabağda apardığı təmizləmə əməliyyatları, bizim haqq işimizdir: “Ədalətli dünya varsa, bu haqq işimizdə bizə dəstək göstərəcək. Necə ki, bir-iki dövləti çıxmaq şərti ilə, artıq dünyanın əksər ölkələri Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı hərbi əməlliyyatları dəstəkləyirlər”.

H.Qarayev əminliyini ifadə etdi ki, Paşinyan və onun rəhbərlik etdiyi hərbi xunta öz ağılsız və yanlış siyasətlərinin qurbanı olacaqlar: “Azərbaycan ordusu Qarabağı işğaldan azad edəcək. Bölgədə sülh və əmin- amanlıq təmin oluncaq. İnsanlarımız öz yurd yuvalarına qayıdıb, sakit və rahat həyatlarını yaşayacaqlar.

Ermənistan isə, çökəcək. Hətta dövlət müstəqilliyini də, itirməli olacaq.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Bütün xəbərlər Facebook səhifəmizdə