Yunanıstanda vəziyyət gərgindir. SİA-nın məlumatına görə, paytaxt Afinada bir qrup insan iqtidarın əleyhinə üsyan ediblər. Özlərini \"iqtidar əleyhdarları\" adlandıran etirazçılar polis bölməsi və polis nəqliyyatlarına hücum ediblər.
Etirazçılar polis bölmələrinin şüşələrini sındırıb, şəhərdə gördükləri bütün polis maşınlarına isə benzin tökərək yandırıblar.Hadisə nəticəsində 2 polis nəqliyyat vasitəsi ilə birgə alovlanıb. Ciddi maddi ziyanla nəticələnən etiraz aksiyası bir qadının da ağır yaralanmasına səbəb olub.
Qeyd edək ki, polis bölməsinə hücüm edən şəxslərin hadisə yerindən qaçdığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB