İşğalçı Ermənistanın şərəfsizliyi… - ŞƏRH

Prezident İlham Əliyev: “Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin”

Bu gün Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazır, bir sıra kəndlərimiz, qəsəbələrimiz erməni işğalından azad edilir və edilməkdədir. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Bu gün mənfur, satqın, işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonların hamısının adlarını dəyişərək özləri kimi şərəfsizlər eybəcər adlar qoyublar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları oktyabrın 17-də xalqa müraciətində bildirmişdir ki, işğalçı, quldur, saxta Ermənistanın qoyduğu eybəcər adları dəysin onların başına artıq bu adlar yoxdur: «Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik”.

Erməni faşistliyi adları dəyişməkdə də…

Bəli, hər sahədə Ermənistan işğalçılıq, təcavüzkarlığı görünüb. İşğal etdikləri Dağlıq Qarabağ və ətrafında olan rayon, kəndlərimizə görün nə adlar veriblər. Ancaq bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın uğurlu diplomatik siyasəti, Güclü Ordumuzun və Rəşadətli əsgərlərimizin şücaəti ilə artıq torpaqlarımız işğaldan azad edilərək Azərbaycan tarixi yazılmaqdadır. Onların verdikləri eybəcər adlar özləri kimi cəhənnəmə vasil oldular!.

Berdzor yox Laçın, Şuşi yox Şuşa, Karvaçar yox Kəlbəcər, İvanyan yox Xocalı, Martuni yox Xocavənd, Mardaket yox Ağdərə, Akna yox Ağdam, Jirakan yox Cəbrayıl, Varanda yox Füzuli, Sanasar yox Qubadlı, Kavsakan yox Zəngilan, Stepanakert yox Xankəndi – bir sözlə, Dağlıq Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərimiz

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini azad edib. Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən yaşayış məntəqələrini, onların daxil olduğu rayonları və işğaldan azad edilmə tarixini təqdim edir:

1.Qaraxanbəyli kəndi (Füzuli rayonu, 27.09.2020);

2.Qərvənd kəndi (Füzuli rayonu, 27.09.2020);

3.Kənd Horadiz (Füzuli rayonu, 27.09.2020);

4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 27.09.2020);

5. Böyük Mərcanlı kəndi (Cəbrayıl rayonu, 27.09.2020);

6.Nüzgar kəndi (Cəbrayıl rayonu, 27.09.2020);

7.Şərvənj kəndi (Füzuli rayonu, 28.09.2020);

8.Suqovuşan kəndi (Tərtər rayonu, 03.10.2020);

9.Talış kəndi (Tərtər rayonu, 03.10.2020);

10.Mehdili kəndi (Cəbrayıl rayonu, 03.10.2020);
11.Çaxırlı kəndi (Cəbrayıl rayonu, 03.10.2020);

12.Aşağı Maralyan kəndi (Cəbrayıl rayonu, 03.10.2020);

13.Şəybəy kəndi (Cəbrayıl rayonu, 03.10.2020);

14.Quycaq kəndi (Cəbrayıl rayonu, 03.10.2020);

15.Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli rayonu, 03.10.2020);

16.Cəbrayıl şəhəri (Cəbrayıl rayon mərkəzi, 04.10.2020);

17.Karxulu kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

18.Şükürbəyli kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

19.Çərəkən kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

20.Daşkəsən kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

21.Horovlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

22.Mahmudlu kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

23.Cəfərabad kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

24.Yuxarı Maralyan kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

25.Decal kəndi (Cəbrayıl rayonu, 04.10.2020);

26.Şıxəli Ağalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020);

27.Sarıcalı kəndi (Cəbrayıl rayonu, 05.10.2020);

28.Məzrə kəndi (Cəbrayıl rayonu, 05.10.2020);

29.Hadrut qəsəbəsi (Xocavənd rayonu, 09.10.2020);

30.Çaylı kəndi (Tərtər rayonu, 09.10.2020);

31.Yuxarı Güzdək kəndi (Füzuli rayonu, 09.10.2020);

32.Qışlaq kəndi (Füzuli rayonu, 09.10.2020);

33.Görəzilli kəndi (Füzuli rayonu, 09.10.2020);

34.Qaracallı kəndi (Cəbrayıl rayonu, 09.10.2020);

35.Süleymanlı kəndi (Cəbrayıl rayonu, 09.10.2020);

36. Əfəndilər kəndi (Cəbrayıl rayonu, 09.10.2020);

37.Sur kəndi (Xocavənd rayonu, 09.10.2020);

38.Qaradağlı kəndi (Füzuli rayonu, 14.10.2020);

39.Xatunbulaq kəndi (Füzuli rayonu, 14.10.2020);

40.Qarakollu kəndi (Füzuli rayonu, 14.10.2020);

41.Bulutan kəndi (Xocavənd rayonu, 14.10.2020);

42.Məlikcanlı kəndi (Xocavənd rayonu, 14.10.2020);

43.Kəmərtük kəndi (Xocavənd rayonu, 14.10.2020);

44.Təkə kəndi (Xocavənd rayonu, 14.10.2020);

45.Tağaser kəndi (Xocavənd rayonu, 14.10.2020);

46.Arış kəndi (Füzuli rayonu, 15.10.2020);
47.Doşulu kəndi (Cəbrayıl rayonu, 15.10.2020);

48.Edişə kəndi (Xocavənd rayonu, 15.10.2020);

49.Düdükçü kəndi (Xocavənd rayonu, 15.10.2020);

50.Edilli kəndi (Xocavənd rayonu, 15.10.2020);

51.Çiraquz kəndi (Xocavənd rayonu, 15.10.2020);

52.Xırmancıq kəndi (Xocavənd rayonu, 16.10.2020);

53.Ağbulaq kəndi (Xocavənd rayonu, 16.10.2020);

54.Axullu kəndi (Xocavənd rayonu, 16.10.2020);

55.Füzuli şəhəri (Füzuli rayonu, 17.10.2020);

56.Qoçəhmədli kəndi (Füzuli rayonu, 17.10.2020);

57.Çimən kəndi (Füzuli rayonu, 17.10.2020);

58.Cuvarlı kəndi (Füzuli rayonu, 17.10.2020);

59.Pirəhmədli kəndi (Füzuli rayonu, 17.10.2020);

60.Musabəyli kəndi (Füzuli rayonu, 17.10.2020);

61.İşıqlı kəndi (Füzuli rayonu, 17.10.2020);

62.Dədəli kəndi (Füzuli rayonu, 17.10.2020).

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib

“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”
Oktyabrın 19-u səhərimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının özünün rəsmi Tvitter hesabında verdiyi bu xoş müjdəsi xalqımızın ürəyinə sərin su səpdi. Və bu gün hər kəsə aydın oldu ki, Azərbaycanın səriştəli və mübariz Ali Baş Komandanı və Onun rəhbərliyi ilə səriştəli və yenilməz, güclü Ordusu, rəşadətli əsgərləri var. Odur ki, düşmənin mülki sakinlərimizə atəş açması kimi bu çirkin və iyrənc davranışı Azərbaycan xalqını əsla sarsıda biməyəcək, Azərbaycan xalqının iradəsini qıra bilməyəcək və bizi bu haqq yolumuzdan döndərə bilməyəcəkdir.

Dövlət başçımızın dediyi “Düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyik!” fikirləri, Prezidentimizin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi daxilən səfərbər edib. Çünki dövlətimiz, xalqımız həmişə beynəlxalq hüquq və normalara riayət edib. Biz başqalarına da bu normalar əsasında münasibət göstərmişik və göstərəcəyik. Hər kəs inanır ki, bu Vətən müharibəsi az hamanda qələbə ilə başa çatacaq. Artıq geri çəkilmək kiminsə ağlının ucundan belə keçmir. Necə deyərlər, artıq ox yaydan çıxıb. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, ancaq irəli! Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - Zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.
Azərbaycanın şanlı Ordusu bundan sonra işğal altında qalan ərazilərimizi erməni vandallarının əsarətindən, qoyduqları iyrənc adlardan qurtularaq öz doğma adlarına qayıdacaq və üçrəngli bayrağımız həmin ərazilərdə dalğalanacadır! Ulu Tanrı Prezidentimiz, Ali Baş Komandanımızı, Müzəffər Ordumuzu, rəşadətli əsgərlərimizi qorusun.

Bu gün hər bir azərbaycanlı bilir və əmindir ki, Qələbə bizimlədir! Çünki Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə