Azərbaycanda bütün təhsil müəssisələri və uşaq bağçalarında tətil elan olunub
Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.
SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qərara əsasən, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edilib.
Qərar məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinə də şamil olunur.
Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB