Əflatun Amaşov: “Bəzi beynəlxalq qurumlar öz rəylərində ölkəmizdəki mövcud vəziyyəti düzgün əks etdirmir”
"Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Son illər mətbuatımızın inkişafı ilə bağlı ciddi addımlar atılmaqdadır. Amma bəzi beynəlxalq qurumlar öz rəylərində ölkəmizdəki mövcud vəziyyəti düzgün əks etdirmir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, həmin təşkilatlar dünya ölkələrində mətbuat azadlığı haqqında reytinq cədvəli hazırlayarkən bu prosesin hansı faktlara əsasən müəyyənləşdirildini dəqiq bilmək olmur. Söhbət "Fredoom House" kimi təşkilatların hesabatlarından gedir. Bu təşkilatların hesabatlarında elə ölkələr ön yerdə olur ki, buna təəccüblənməmək mümkün deyil.
Ə.Amaşov qeyd edib ki, belə hesabatlarda azadlıq baxımından ciddi problemi olan dövlətlər Azərbaycandan və digər ölkələrdən reytinq baxımdan irəlidədir. Bu cür rəylərin real vəziyyəti əks etdirmədiyini deyən Mətbuat Şurası sədrinin fikrincə, belə hesabatlar daha sox siyasi xarakter daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB