Ziyad Səmədzadə: Azərbaycan hazırki inkişaf mərhələsinə kompleks islahatlar aparmaqla nail olub
"Azərbaycan hazırki inkişaf mərhələsinə, bazar iqtisadiyyatına malik idarəetmə sisteminə genişmiqyaslı, kompleks islahatlar aparmaqla nail olub". SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf proqramları respublikamızın keçid iqtisadiyyatına malik ölkə deyil, dünya dövlətləri içərisində sürətlə inkişaf edən dövlət olmasını təsdiqləyir. Onun sözlərinə görə, iqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən biri olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması yeni inkişaf dövrünün start götürməsinə əhəmiyyətli zəmin yaradıb.Komitə sədri qeyd edib ki, yeni inkişaf erasının tələbləri isə tam başqa iqtisadi-siyasi-sosial tədbirlərin gerçəkləşməsini zəruri edir. Onun sözlərinə görə, Azərbaycanın son illərdə, xüsusilə də böhranın dərinləşdiyi dövrdə həyata keçirdiyi siyasət inkişafın dinamikasına baza yaratmaqla, digər ölkələr üçün örnək ola biləcək qədər uğurlu və mükəmməldir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB