Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerinə gəlib
Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələri tərəfindən sayca 3-cü dəfə raket zərbəsi endirilən Gəncə şəhərinə gəlib.
SİA xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğundan bildirilib.
Qeyd edək ki, 2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insan itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB