İnsanlarımızın öz sağlamlıqlarını qorunması çox vacibdir - MÖVQE ÖZƏL
"Ölkədə sanitar epidemioloji şərait nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən ölkədə tətbiq olunmuş karantin rejimini 19 oktyabrdan 2 noyabra qədər uzadılıb. Son günlər koronavirus infeksiyasının yoluxma dinamikası kəskin artdığına görə Nazirlər Kabineti bir sıra məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə də sərəncam imzalanıb". Bunu SİA-ya açqılamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, son günlərdə koronavirusa yoluxma sayının azalması cəmiyyətdə bir qədər laqeyd yanaşma yaradıb: "Təəssüf ki, özümüzü qorunmadığımız üçün koronavirus yenidən gündəmə qayıdıb. Biz gündəlik xəstə sayında azalma müşahidə edən kimi gündəlik həyat tərzimiz olmuş karantin qaydalarını yaddan çıxarırıq. Bu belə olmamamlıdır. Müşahidələrim onu göstərir ki, son günlər insanlar ictimai qapalı yerlərdə tibbi maskadan çox az hallarda istifadə edirdilər. Dizinfeksiyaedici vasitələrdən istifadə isə tam azalmışdı. Məhz virusdan özümüzün qorunmasında məsuliyyətsiz yanaşdığımıza görə son günlərin yoluxma göstəricisi 500-ün üzərinə çıxıb.
A.Badamov vurğulayıb ki, bu da yenidən həyəcan təbilin çalınmasını zəruri edib: "Yenidən ictimai nəqliyyatın fəaliyyəti dayandırılır, dövlət müəsisələrində işçilərin sayının 30%-ə qədər endirilməsi tövsiyyə olunur, məktəblər tətilə buraxılır və digər sahələrdə də məhdudiyyətlər tətbiq edilir. Virusdan qoruyucu tədbirlərin həyata keçirilməsi üçün lokal qapanmalar tətbiq olunur. Biz yaddan çıxarmamalıyıq ki, ölkəmiz üçün həssas bir zamanda insanlarımızın öz sağlamlıqlarını qorunması çox vacibdir. Ona görə də hamımız çox ciddi şəkildə sosial məsafəni gözləməli, ictimai qapalı məkanlarda mütləq şəkildə tibbi maska taxmalı və şəxsi gigiyenamıza riayət etməliyik. Məhz belə olan halda biz tətbiq olunmuş karantin rejimi dövründə yoluxmaların sayını aşağı sala bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB