Kosta-Rikada 6 bal gücündə zəlzələ baş verib

Kosta-Rikada 6 bal gücündə zəlzələ baş verib

Kosta-Rikada 6 bal gücündə zəlzələ baş verib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri paytaxt Xan-Xosedən 28 kilometr şimal-qərbdə 70 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar ABŞ-ın Geoloji Xidmət idarəsi tərəfindən qeydə alınıb. Dağıntı və qurbanlar haqqında məlumat daxil olmayıb. Kosta-Rika Mərkəzi Amerikada,Cənubi və Şimali Amerikanı birləşdirən bərzəxdə yerləşir.

2010-cu ilin yanvarında regionda tarxin ən güclü zəlzələsi baş verib. Güclü yeraltı təkanlar nəticəsində yüz minlərlə insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə