Pakistanlı gənc tədqiqatçılar Azərbaycan həqiqətləri barədə məlumatlandırılır - FOTOLAR

Pakistanlı gənc tədqiqatçılar Azərbaycan həqiqətləri barədə məlumatlandırılır - FOTOLAR

Pakistanlı gənc tədqiqatçılar Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, Azərbaycan həqiqətləri haqqında məlumatların yayılmasına maraq göstərirlər. SİA-nın verdiyi məlumata görə, bu fikirlər Pakistanda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunmuş “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramının sertifikatlarının təqdim olunması mərasimində qeyd olunub.

Pakistanın Starteji Araşdırmalar və Tədqiqatlar Mərkəzinin(CGSS) prezidenti, ehtiyyatda olan general-mayor Seyid Xalid Əmir Cefri, CGGS-in icraçı direktoru Xalid Teymur Əkrəm, bu ölkənin ictimaiyyət və KİV nümayəndələri, təcrübə proqramının mühazirəçiləri, iştirakçıları və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Əli Əlizadə təcrübə proqramından bəhs edərək bu proqramın iştirakçılara Azərbaycanla bağlı məlumatları birbaşa təcrübəli elm xadimlərindən, diplomatlardan, hərbi və mülki mütəxəssilərdən almağa imkan yaratdığını bildirib.Səfir proqramın yaxşı cəhətlərindən biri kimi təqdqiqatçıların Azərbaycanla bağlı bir sıra məqalələr dərc etdiyini qeyd edib və ölkəmizə dair məlumatların Pakistanın geniş oxuyucu kütləsinə çatdırıldığını diqqətə çatdırıb.

Səfir təcrübə proqramının Azərbaycanın tarixi, mədəniyyəti, təhsil və elmi, xarici siyasəti, iqtisadiyyatı, müdafiə və hərbi potensialı, Pakistanla əlaqələri, ortaq və bağlılıqları, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti haqqında mövzuları əhatə etdiyini bildirərək bu proqramın Pakistanlı gənc tədqiqatçılarda Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatların toplanmasında və müsbət fikirlərin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb. Əli Əlizadə həmçinin, Ermənistanın cari ilin iyul ayında Azərbaycana qarşı həyata keçirdiyi təxribatlarından sonra başlanan bu proqramın Pakistanlı gənclərin bu barədə birbaşa məlumat əldə etməyə imkan yaratdığını bildirib.Səfir, artıq gənç tədqiqatçılarınmövzu ilə tanış olduğundan Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraqAzərbaycana qarşı son təxribatçı hücumlarınıda asanlıqla analiz edə bildiyini, Ermənistanınvəhşilikləri, Azərbaycanın sıx məskunlaşmış yaşayış məskənlərinə raket hücümları və Azərbaycan torpaqlarının işğalı barədə təqdimatlar keçirdiyini, məqalələr yazaraq yayılmasına maraq göstərdiyini diqqətə çatdırıb və buna görə tədqiqatçılara, eləcə dəmühazirəçilərə və bütün iştirakçılara təşəkkür edib.

CGGS-in prezidenti, ehtiyyatda olan general-mayor Seyid Xalid Əmir Cefri çıxış edərək təcrübə proqramı haqqında fikirlərini bölüşüb vəAzərbaycan Respublikasının Pakistandakı Səfirliyinə əməkdaşlığa və dəstəyə görə təşəkkürlərini ifadə edib. Seyid Xalid Əmir Cefri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycana qarşı erməni hərbi təcavüzü və təxribatlarını pisləyib, eləcə də, hər zaman Azərbaycan hökümətinin və xalqının yanında olduqlarının bildirib.CGGS-in prezidenti həmçinin, Azərbaycanın artıq bir sıra torpaqlarını erməni işğalından azad etdiyini vurğulayaraqvə ən qısa zamanda bütün işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunmasını arzuladığını bildirib.

Tədbirdə çıxış edən mühazirəçilər və tədqiqatçılar da təcrübə proqramı barədə öz xoş təəssüratlarını ifadə edərək Azərbaycanla bağlı əldə etdikləri geniş məlumatlar barədə fikirlərini bildirib, Səfirlik və CGSS-ə dərin təşəkkürlərini çatdırıblar. Onlar həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi hücumu və təxribatlarından söz açaraq bu təcavüzü pisləyib və Azərbaycana dəstəklərini ifadə ediblər.

Sonda təcrübə proqramının mühazirəçilərinə və iştirakçılarına sertifikat təqdim olunub.

Tədbir Pakistan KİV-ləri və televiziyaları tərəfindən işiqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə