Baş Prokurorluğun videogörüntülərlə bağlı məlumatı

Baş Prokurorluğun videogörüntülərlə bağlı məlumatı

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “Инфотека24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını əks etdirən videogörüntülər yayılıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb.

Hazırda bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə