"Ermənistanı dayandırmaq dünyanın yox, bizim ordunun işidir" - MÖVQE
"Aralarında hətta millət vəkillərinin də olduğu bəzi şəxslər çox zərərli bir çağırış edirlər. Həm də yerli və xarici televiziyalarda, sosial şəbəkələrdə edirlər. Dünyaya müraciət edərək Ermənistanı durdurmağa çağırırlar". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert deyib ki, nə etdiyinizi, nə çağırış etdiyinizi bir düşünün bəylər: "Belə çıxır ki, biz özümüz Ermənistanı durdura bilmədiyimiz üçün haray salaraq dünyanı köməyə çağırırıq. Azərbaycanın guya aciz durumda olduğunumu təlqin edirsiz? Belə olmaz! Əgər imkanlarınızdan, mandatınızdan səmərəli istifadə etmək istiyirsinizsə, düz yolunu deyim - Dünyanı Ermənistanı təcavüzkar ölkə kimi tanımağa, uşaqları, qadınları, ümumən sivilləri qətl edən ölkə kimi tanımağa çağırın. Ermənistanı dayandırmaq dünyanın işi yox, bizim ordunun, Ali Baş Komandanın işidir. Bunu da edir və edəcək".
A.Quliyev vurğulayıb ki, Gəncəni vuran uzaqmənzilli raketə gələndə isə onun bura qədər necə uça bildiyi sualı Hava Müdafiə Qüvvələrimizdə bəzi möhkəmləndirici tədbirlər görməyə ehtiyac olduğunu deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB