Lənkəran və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxış dayandırılır - Nazirlər Kabinetinin Qərarı
Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.
SİA Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən bildirir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.
Bu Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB