Öcalan Ərdoğana hədə-qorxu gəlib

Öcalan Ərdoğana hədə-qorxu gəlib

Separatçı Kürd Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalan Türkiyə hökumətinə hədə-qorxu gəlib. Separatçılara yaxın internet portalının birininin verdiyi məlumata görə, A.Öcalan iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra kürd probleminin həllini tapmayacağı halda böyük müharibənin olacağını deyib. O bildirib ki, iyunun 15-dən sonra kürd probleminin həlli ya böyük razılıqla, yaxud da ki, böyük müharibə ilə bitməlidir.

Öcalanın bu bəyanatı vəkilləri ilə keçirilən görüşdə razılaşdırıldıqdan sonra mətbuatda dərc olunub: "Böyük savaş həm kəndlərdə, həm şəhərlərdə baş qaldıra bilər və bunun nəticələri olduqca acı olacaq. Mən artıq demişdim ki, bu böyük savaş küçələrdə, şəhərlərdə genişlənəcək və böyük bir vətəndaş müharibəsinə çevrilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə