Ötən gün səhər İranın Kirman əyalətinin mərkəzi həbsxanasında dörd nəfər edam olunub. SİA-nın İran mətbuatına əsasən veridiyi məlumata əsasən, Kirman əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.
Eyni zamanda şəriət hakiminin qərarına görə, Həmin Mövəhədi ona ərə gəlməyən qadının gözlərinə xətər yetirdiyi üçün gözləri kislota ilə çıxarılacaq
2011-ci ilin əvvəlindən indiyədək İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 80 nəfərdən çox şəxs edam olunub. BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikadan daha çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB