Düşmən Füzuli rayonunun yaşayış məntəqələrini raket atəşinə tutdu
Ermənistan silahlı qüvvələri Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir. SİA-nın məlumatına görə, ermənilər rayonun Kürdmahmudlu və Alıxanlı kəndlərini "Smerch" tipli raketlərdən atəşə məruz qoyub.
Hadisə nəticəsində rayonun Kürdmahmudlu kəndində 20-yə yaxın evə ziyan dəyib. Həmçinin Alıxanlı kəndində də bir neçə ev yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB