2, 6 və 15 saylı cazaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmələr həyata keçirilib

2, 6 və 15 saylı cazaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmələr həyata keçirilib

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, cərimə təcridxanalardakı (CT) vəziyyətin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 6 və 15 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) qısamüddətli başçəkmələr həyata keçiriblər. Ombudsmanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlar bu CÇM-lərin cərimə təcridxanalarında saxlanılan məhkumlarla görüşüb, saxlanma şəraitini öyrənib, hüquqlarını izah ediblər.

Həmin məhkumlar saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Onların burada saxlanılmalarını təsdiqləyən sənədlər yoxlanılıb, pozuntu halları aşkar edilməyib. 15 saylı CÇM-in girişində məhkumlarla görüşə gələnlər üçün yeni tikilmiş gözləmə otağı da müsbət hal kimi qiymətləndirilib.

Eyni zamanda qeyd olunmalıdır ki, araşdırma zamanı 15 saylı CÇM-nin CT-da təmir işləri aparılaraq şəraitin standartlara uyğunlaşdırıldığı, 2 saylı CÇM-də təmir işlərinin davam etdirildiyi müəyyənləşdirilib. Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə