Liviya lideri Müammər Qəddafi ötən axşam milli televiziya ilə qısa audiomüraciətlə çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onun müraciəti bombardman nəticəsində yaralanması və Tripolini tərk etməsi barədə məlumatlarla eyni vaxta təsadüf edib: "Siz məni öldürə bilməzsiniz! Çünki mən elə yerdə yaşayıram ki, oradan çıxartmaq olmaz - milyonlarla insanın ürəyində. Hətta, məni fiziki cəhətdən öldürsəniz belə, milyonların qəlbində qalacağam". Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Franko Frattini keçirdiyi mətbuat konfransında Müammər Qəddafinin yaralı olduğunu bildirib. Onun sözlərinə görə, Liviya liderinin Tripeolini tərk etdiyi, amma ölkə ərazisində olduğu güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB