Ərəstun Baxşəliyev: "Bu gün ermənilərin özləri də regionda yürüdülən siyasətdən narazıdırlar" - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin elmi işçisi Ərəstun Baxşəliyevin SəsTV-yə müsahibəsi
- Avropa Birliyi Azərbaycanda söz və mətbuat azadlığının olmaması və sərbəst toplaşmaq azadlığına maneələr törədilməsi ilə bağlı qətnamə qəbul edib. Sizin fikrinizcə, bu qətnamənin kökündə hansı siyasi maraqlar durur?
- Avropa Birliyi, Avropa Şurası kimi qurumların özləri daim bizim daxilimizdə, regionda gedən proseslərə nəzər yetirdikdə, onlara diqqətlə baxdıqda görürük ki, Avropanın özü daima Azərbaycana qarşı ikili standartlarla çıxış edib. Regionda gedən proseslərə daim öz rakursundan yanaşıb və bu rakurslarda ikili standartlar yer alıb. Beynəlxalq təşkilatlar görür ki, artıq Azərbaycan regionda güclü bir dövlətə çevrilməkdədir və bu zaman onu zəiflətməyə əl atırlar. Bu zaman isə ilk növbədə ölkənin daxilində olan proseslərə qarışaraq, bir növ Azərbaycana təzyiq metodundan istifadə etmək istəyir. Bu da belə məsələlərdə özünün büruzə verir. Regionda qlobal problemlərin olduğu bir halda, onların həlli ilə bağlı hər hansı bir yanaşma göstərmədiyi təqdirdə Azərbaycana qarşı fikirlər səsləndirməsi mümkün deyil. Onlar belə bir halda guya "Azərbaycanda söz azadlığı yoxdur, buna hansısa ictimaiyyətə qarşı məhdudiyyətlə qoyulur" və sairə kimi fikirlər səsləndirilir. Ancaq cəmiyyət ölkə rəhbərliyinin yürütdüyü siyasətə müsbət yanaşır, Avropa Birliyinin qəbul etdiyi qətnaməyə hər hansı bir formada reaksiyasını göstərmir. Bu gün hamımız görürük ki, cəmiyyət ölkə başçısının yürütdüyü siyasətin arxasınca gedir. Avropa Birliyi və yaxud Azərbaycanla bağlı hansısa beynəlxalq qurumun qətnamə qəbul etməsinə baxmayaraq, yenə də bizim cəmiyyət ölkə prezidenitnin yürütdüyü siyasətin arxasınca gedir. Düzdür, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarda qəbul olunan qətnamələrin arxasında hansısa siyasi məqsədlər var. Bu da bir sıra səbəblərlə bağlıdır. Artıq Azərbaycan regionda mühüm mövqe tutub, öz sözünü deyə, siyasətini müstəqil şəkildə yürüdə bilir. Bunu görə də həm Azərbaycan, həm də Türkiyəyə qarşı müxtəlif təlbələr irəli sürülür. Ölkəni zəiflətmək üçün Türkiyənin özündə belə onun Avropa Birliyinə qəbul olunması ilə bağlı məsələlər gecikir. Türkiyə-Avropa Birliyinə nəzərən götürsək görərik ki, ora necə münasibət bəslənirsə, bizə qarşı da elə münasibət bəslənir. Orada xalqların kürd, "erməni soyqırımı" məsələsini qabardaraq Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilir. Yəni, Türkiyəyə qarşı yönəldilən bu siyasət Azərbaycana qarşı da belə bir tərzdə həyata keçirilir.
- Azərbaycanın 20% torpaqları işğal edilib. Bəs nəyə görə, Avropa Birliyi Ermənistanla bağlı sanksiya tətbiq edə bilmir, ancaq Azərbaycanın daxili işlərinə qarışmaq üçün özündə səlahiyyət hiss edir?
- Tarixə nəzər saldıqda görərik ki, tarixən "eməni məsələsi" deyilən bir şey olub. IX əsrin əvvəllərindən bu aktiv bir şəkildə davam edib. Əslində böyük dövlətlər erməniləri himayə etmirlər. Sadəcə olaraq, onlar regionda öz siyasətlərini həyata keçirməkdən ötrü bu oyunu oynayırlar. Erməni məsələsini də qabardıblar. Bu boş siyasətdir və IX-XX əsr, hətta bu gün də mövcuddur. Heç də ermənilərə olan simpatiyaları onların haqlarını müdafiə etməkdən dolayı deyil. Əksinə özləri burada maraqlarını müdafiə etmələri üçün məhz bu siyasətə əl atırlar. Burada da Azərbaycana qarşı ikili siyasət yeridirlər. Onlar üçün maraqlı olan regionda maraqlarının təmin olunmasıdır. Bu niyyətlə buraya gəliblər, istənilən siyasəti öz mənaefelərinə uyğun şəkildə yürüdürlər. İndinin özündə erməni alimləri bilir ki, bu gün Azərbaycanla münaqişə vəziyyətində olmaq onlara sərf etmir. Bu gün onların özləri də regionda yürüdülən siyasətdən narazıdırlar. Onlar gözəl başa düşürlər ki, qərb diplomatiyasının yürütdüyü siyasət region ölkələri üçün o cümlədən Ermənistan və Azərbaycan üçün istənilən bir səviyyədə deyil.
- Beynəlxalq birliyin bu məsələlərə ikili standartlardan yanaşması kökündə dayanan əsas səbəblər nədir?
- Bizlərə qarşı təkcə indi yox, tarixən ikili standartlar mövcud olub. Bunu ilk növbədə xristian müsəlman amili ilə də bağlamaq olar. Burada xristian təəssübkeşliyi var. Bundan başqa, ikili standartların arxasında böyük dövlətlərin bu ərazidə, regionda maraqların təmin olunması məsələsi də dayanır. Bu maraqların təmin olunması da ikili standartlarla bağlıdır. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan heç bir qətnaməsi yerinə yetirilməyib. Amma Liviyada baş verən hadisələrdə BMT-nin qətnamsinin icra olunması qısa zaman ərzində mümkün oldu. Həqiqtən bu gün ikili standartlar mövcuddur və bunun xarici dövlətlər beynəxalq təşkilatlar tərəfindən yürüdüldüyü hər kəsə məlumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB