Yolum Azərbaycanın Cənub bölgəsinə düşmüşdü. Bütövlükdə Azərbaycanda olduğu kimi həmin bölgədə də insanlarımızda Böyük Vətən Müharibəsinə çox böyük inamın olduğunu, böyük coşqu, böyük birlik və Ali Baş Komandanımıza, ordumuza böyük sevgini gördüm. Masallıda, Lənkəranda hamı qələbəmizi, Qarabağın tezliklə erməni gavurlarından, faşistlərindən azad olacağı günü səbirsizliklə gözləyirlər. Axı bütövlükdə xalqımız, hərə öz sahəsində silaha sarılıb və bacardığı kimi ordumuza köməklik etmək istəyir. Uzun illər idi ki, xalqımızda belə milli birlik yox idi. Şükür ki, bu milli birlik yarandı. Bu milli birliyin də başında ziyalılarımız durur. Liman şəhərində, həmin bölgənin üç maraqlı ziyalısı ilə olan söhmətimi çoxminli oxuculara çatdırmaq istəyirəm.
SSRİ idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi, Lənkəran “Neftçi” İdman Klubunun təsisçisi, Lənkəran Dövlət Universitetinin “LDU” İdman Klubunun və “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl” qələm və “Xalqın nüfuzlu ziyalısı” media mükafatları laureatı, Cənub Boks məktəbinin yaradıcısı Əlizadə Əsədovun dediklərindən:
- Əlbəttə, bu müharibə bizə lazım deyildi. Əgər erməni gavurları sülh yolu ilə torpaqlarımızdan çıxıb getsəydilər müharibə də olmazdı. Amma ermənilərin prezidenti Paşinyan, bizim prezidentimiz cənab İlham Əliyevin sözlərini, maraqlı təkliflərini qulaq ardına vurdu və hayasızlıqla Şuşaya gəlib, qondarma Dağlıq Qarabağ Respublikasının qondarma bayramında iştirak elədi və hayasızcasına hətta orada Yallı rəqsi də oynayaraq, bütövlükdə xalqımızı qıcıqlandırdı. O, başı boş olduğunu, həqiqətən də küçədən gələn və heç bir siyasəti olmayan axmaq adam olduğunu bu gic hərəkəti ilə bir daha sübut elədi. Bütün bunlar da xalqımızın əsəb kasasını doldurdu. Hətta bu azmış kimi 27 sentyarbr tarixində bizə qarşı hücuma keçdilər. Onlar elə fikirləşirdilər ki, biz onların qarşısnda duruş gətirə bilməyəcəyik. Amma elə ilk dəqiqələrdən Azərbaycan ordusu bütün cəbhə boyu üstünlüyü ələ alıb, erməni faşistlərin bütün arzularını ürəklərində qoydu. Görürsünüz ki, az bir vaxtda da çoxlu torpaqlarımız gavurlardan geri alındı. Axı torpaqlarımız, ata-baba yurdlarımız bizi gözləyirdi. Bu gün cəbhədə mənim çoxlu tələbələrim, yetirmələrim də vuruşur. Həmin cəbhədə vuruşan bütün əsgərlərimiz bizim balalarımızdır. Heç kim istəmir ki, onlar şəhid olsun. Heç bir valideyn, heç bir ata, heç bir müəllim istəməz ki, bu acı anları yaşasın. Şükürlər olsun ki, bizim ordumuz irəli gedir və düşmən bizim rəşadətli ordumuzun qarşısından tülkü kimi qaçır. İnanıram ki, üçrəngli bayrağımızı Şüşaya, Xankəndinə də bizim idmançılar sancacaq. Düşmənin ürəyinə ox batıracaqlar. Mən, bu müqəddəs döyüşlərdə şəhid olanların valideyinlərinə və bütövlükdə xalqımıza rəhmət diləyirəm. Döyüşən ordumuza da can sağlığı arzu edirəm. Hamımız bilməliyik ki, şəhidlər ölməz, Vətən bölünməz. Mən, üzun illərdir ki, idmanla məşğul olduğuma görə 65 yaşım olsa da canımda hələ ki, su var. Lazım olsa biz də silaha sarılıb, torpaqlarımızı erməni faşistlərindən azad etməyə hazırıq. Biz, Qarabağı həmin mənfürlardan təmizləyəndən sonra onları dədə-baba yurdlarımız olan Ermənistandan da təmizləməliyik. Bəlkə bundan sonra erməni gavurları sakitləşər ki, başqasının torpağında oturub, ona əmr eləmək olmaz. Belə bir məsəl var: “Axmaq adam o deyil ki, axmaqlıq eləyir. Əsas məsələ odur ki, öz axmaqlığını ört-basdır eləyə bilmir”.
Bax, Paşinyan belə axmaqlardan biridir və öz millətini qırğına apardı. Bizim Naxçıvanla olan aramızdakı həmin boşluq da dolmalıdır. Həmin boşluq xərtidə də də pis görsənir. Həmin yerləri də ermənilərdən alıb, Naxçıvana qatar yolunu, şosse yolunu bərpa eləməliyik. Çünki həmin torpaqların hamısı Azərbaycanındır. Prezidentimizdən xahiş edirik ki, indi danışıq stolu arxasında əyləşilən bir vaxtda həmin torpaqların da məsələsini ortaya qoysunlar. Bax onda yəqin ki, düşmən elədiyi bu cinayətlərə görə peşiman olar. İnşallah tezliklə qələbə bayramını qeyd eləyək.
Yazıçı, publisist, jurnalist, “Qızıl” qələm media mükafatı laureatı Səyavuş Süleymanlının dediklərindən:
- Müharibə başlanan günü mən Bakı şəhərində olmalı idim. Və biz, yaradıcılıqla başlı sizinlə görüşməli idik. Amma həmin günü, yəni sentyabr ayının 27-də Böyük Vətən Müharibəsi başladı və mən Bakıya gələ bilmədim. İnanın bu qəfil müharibənin erməni gavurları tərəfində başalaması mənə çox pis təsir elədi. Mən müharibənin necə dəhşətli olduğunu atamdan çox eşitmişdim. Mən 1946-cı ildə anadan olmuşam. Atam Böyük Vətən Müharibəsindən yenicə qayıtmişdı. O, 416-cı Taqanroq dviziyasında vızvod komandiri olmuşdu və alman faşistlərinə qarşı müharibə aparmışdı. O, müharibə ilə bağlı illər keçəndən sonra, yəni mənim yeniyetməlik illərimdə həmin dəhşətlər haqqında çox danışmışdı. Tale elə gətirdi ki, mən də 1988-ci ildən başlayaraq həmin müharibəni gördüm. Bütün bu illərdə övladlarıma və nəvələrimə də bu müharibənin dəhşətlərini danışıram. Onlara deyirəm ki, mənim atam və onun həmyaşıdları SSRİ uğrunda faşistlərlə döyüşürdülər, amma indi biz öz Vətənimiz və onun cənnətməkan yeri olan Qarabağ uğrunda döyüşürük. Bax bu, əsl Vətən müharibəsidir. Çünki biz öz torpaqlarımız uğrunda döyüşürük.
Mənim bir yazıçı, publisist, jurnalist kimi Qarabağla bağlı çoxlu yazılarım var. O cümlədən, Xankəndi ilə bağlı da “Unuda bilmirəm”, “Əhməd” və başqa hekayələrim var ki, orada bəzi mütərəqqi rusların azərbaycanlılara köməyindən, erməni gavurlarının xalqımızın başına gətirdiyi müsibətlərdən, faciələrdən yazmışam. Orada bədbin notlar çoxdur. Amma hər gün cəbhədən xoş xəbərlərin gəlməsi bizi çox sevindirir. Cəbrayılın, Horadiz kəndinin, Hadrut qəsəbəsinin və çoxlu yüksəkliklərin alınması eşidən kimi mən Liman şəhər poçtuna gedib, Ali Baş Komandanımız cənab İlham Əliyevə bu münasibətlə özümün xoş sözlərimdən ibarət məktub yazıb və teleqram vurdum. Mənim yazdığım məktub və teleqram bir neçə qəzetlərdə çap olundu. Dəfələrlə “Real” Televiziyasında səsləndi. Bunu eşidən mənim nəvələrim çox sevinirdilər. Bütün Liman şəhərinin adamları, Lənkəran camaatı çox sevinirdi mənim yazdığım məktuba və vurduğum teleqrama görə. Hamı özünün xoş sözlərini mənə dedi. Səhəri günü Lənkərana getmişdim. Orada da hamı məni təbrik elədi. Bütün bunları mən ordumuzun və Ali Baş Komandanımızın ünvanına yazıram. İnanıram ki, tezliklə biz həmin qələbəni görəcəyik. Mənim 75 yaşım yanvar ayında tamam olacaq. İnanıram ki, həmin qələbə gününü Allahın böyüklüyü ilə görəcəm. Arzum var ki, 75 yaşımı Şuşada, Cıdır düzündə keçirim.
Uzun illər Azərbaycanın ayrı-ayrı rayonlarında baş hakim işləyən, həmişə haqqı müdafiə eləyən, hüquqşünas İdris Əliyevin dediklərindən:
- Azərbaycanın keşməkeşli tarixində, 27 sentyabr 2020-ci il tarixindən başlayan Böyük Vətən Müharibəsi ən şanlı səhifələrdən biridir. Məni inanıram ki, Azərbaycan xalqı mütləq qələbə çalacaq. Çünki biz ədalətli və öz ərazimizdə müharibə aparırıq. Öz azadlığımız, sərhədlərimizin bərpa olunması uğrunda döyüşürük. Ona görə də haqq biz tərəfdədir. Azərbaycan xalqı elə bir xalqdır ki, onun heç nədə, heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan xalqı elə bir məğrur xalqdır ki, heç kimə zülm eləməyib və zülm eləməyi də istəməyən xalqdır. Amma 32 ildir ki, torpaqlarımızda erməni gavurları tərəfindən aparılan müharibə, torpaqlarımızı sülhlə geri qaytarmaq istəməməsi bizi məcbur elədi ki, silaha sarılaq. Və Allahın köməkliyi ilə biz tezliklə qələbə çalacağıq. Bu qələbə də şanlı başlanğıcın nəticəsi olmaqla, həm də bizim rəşadətli ordumuzun qələbəsi olacaq. Ordu o vaxt qalib gəlir ki, onun ağıllı, savadlı, istedadlı, rəhimli, çox şöhrətli başçısı olsun. Bu da bizim Ali Baş Komandanımız, ölkə başçımız İlham Əliyevin sücaətində var. Onun böyük əməyi, böyük səbrinin sayəsində bu qələbə baş verir. Əlbəttə, hamı bu günləri çox böyük səbirsizliklə gözləyirdi. Hamı küskün olmuşdu. Deməli, cənab İlham Əliyev məqamı gözləyirdi. Həmin məqam da yarandı. Atalar da deyib ki, “hər şeyin zamana ehtiyacı var”. Mən əminən ki, bax bizim dördümüz birlikdə azad olunmuş torpaqları ziyarət etməyə gedəcəyik. Böyük Tanrı Azərbaycan əsgərini, Azərbaycan Prezidentini və xalqımızı qorusun.
Mən fikrimi bu el bayatısı ilə tamamlayıram:
Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə gücü olsa,
Verməz ordu bada.
Bəli. Bizim sərkərdəmiz, Ali Baş Komandanımız həqiqətən də çox güclü, ağıllı, savadlı, böyük uzaqgörən siyasətə malikdir. Ona görə də ordunu qorumağa və düşmənin daha çox itgi verməsinə çalışır. Deməli, qələbə bizim tərəfimizdə olacaq. Tezliklə, üçrəngli bayrağımızın Şuşaya, Xankəndinə və bütövlükdə Qarabağın hər yerinə taxılaraq, dalğalandığını görəcəyik.
P.S. Mən, Cənub bölgəsinin bu üç maraqlı, dəyərli ziyalısı ilə söhbət edib, Bakıya qayıdanda sevinirdim ki, bizim ziyalılarımız da özlərinin ağlı, düşüncəsi, maraqlı fikirləri ilə ordumuzun yanındadırlar. Döyüşən ordumuza belə yüksək düşüncələri ilə işıqlı yol göstərirlər. Ziyalılarımız belə maraqlı fikirlərini mətbuatda yazmaqla, Kütləvi İnformasiya Vasitələrində işıqlandırmaqla biz ordumuza bu sahədə də çox kömək etməklik etməklə yaxşı dəstək ola bilərik.
Baxmayaraq ki, qısa vaxtlı atəşkəs olunsa da düşmən yenə də özünün əclaflığını, faşist xistətini göstərməklə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket atmaqla burada böyük dağıntılar törətdi. Yeni bir genosid yaratdı. 9 nəfəri azərbaycanlını şəhid eləyib, çoxlu insanlarımızı yaraladılar. Bundan əlavə onlar Mingəçeviri də raket atəşinə tutdular. Bununla gavurların Su Elektrik Stansiyamızı sıradan çıxarmağı qarşılarına məqsəd qoymaqla, xalqımıza yeni zərbələr vurmaq istədilər. Deməli, ermənilər cəbhə boyu yığılıb-qalan adamlarının iy verən cəsədlərini yığışdırmaqdansa, bir daha özlərinin məkirli, faşist xislətlərini göstərdilər. Axı Nikol Paşinyan yaxşı bilir ki, minlərlə bu erməni cəsədləri, meyidləri Ermənistana aparmaq onun başına çox böyük oyun açacaq. Ona görə də bütün məkirli siyasətini axıra qədər davam etdirmək istəyir. Deməli, onlara aman yoxdur. Onlar tezliklə, bizim torpaqlardan qeyd-şərtsiz çıxmalıdırlar. Başı əzilməyən düşmən, həmişə belə başıpozuqluq edəcək. Paşıpozuq adam isə ən qorxulu məxluqdur. Hətta dörd ayaqlı vəhşi heyvandan da qorxuludur.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB