Sentyabrın 27-si Ermənistan təxribatından sonra ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın bir hissəsi işğaldan azad edilib. Lakin zamanın tələbinə uyğun olaraq müharibə təkcə hərb meydanında yox, eyni zamanda sosial şəbəkədə də aparlır.
Nəzərə alsaq ki, müharibə şəraitində olan ölkə vətəndaşının motivasiyasında əsas rol cəbhədən gələn gözəl xəbərlər rol oynayır, belə olan halda sosial şəbəkələrin rolu danılmazdır. Həmçinin sosial şəbəkələrdə aparılan təbliğat işləri günümdə dünya ictimaiyyətini baş verən proseslərdən agah etmək üçün ən vacib vasitədir. Bu gün Azərbaycan gəncliyi Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün informasiya müharibəsində çox qəti və danılmaz işlər görürlər. Belə ki, Twitter mikrobloqunda Azərbaycan vətəndaşlarının başlatdığı #PrayForGanja həştəqi üzrə paylaşımlar dünyada trend olub və müzakirə olunan mövzular arasında ilk sıralarda yer alıb. Bu həştəq üzrə dünyada 1 milyon 240 min tvit atılıb. Telefon əlindən düşmür dediyimiz gənclik, hazırda həmin mobil vasitəni infomasiya məkanında silaha çevirib və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar.
Eşq olsun vətənpərvər Azərbaycan Gəncliyinə!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB