Erməni terroru fonunda Azərbaycanın dəmir iradəsi - MÖVQE ÖZƏL

Erməni terroru fonunda Azərbaycanın dəmir iradəsi - MÖVQE ÖZƏL

"Sentyabr ayının 27-si erməni təxribatı nəticəsində başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam etdirilir. Azərbaycan Prezindentinin Qarabağla bağlı qəti mövqeyini hərbiçilərimiz meydanda düşmənə necə lazımdır başa salır. İstər döyüş meydanında, istərsə də diplomatik danışıqlarda artıq Azərbaycan mənfur düşməni məğlubiyyətin astanasına gətirib çıxarır. Azərbaycan Prezidentinin xarici telekanallara verdiyi müsahibəsində xalqımızın mövqeyi tam aydın şəkildə dünya ictimaiyyətinə çatdırılır. Əks tərəfə nəzər saldıqda isə Paşinyanın nə dərəcədə rəzillik nümayiş etdirdiyinin hamımız şahidi oluruq". Bunu SİA-ya açıqlamasında YAP Nərimanov Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə xalq-iqtidar birliyi görünməmiş şəkildə sarsılmaz vəziyyətə gəlib: "Qədirbilən xalqımız həm əsgərlərimizə, həm də Ali Baş Komandanımıza hər cür dəstəyini göstərməyə hazır olduğunu nümayiş etdirir. 30 il ərzində istər ATƏT-in Minsk Qrupu, istər BMT-nin Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar sadəcə kağız üzərində qətnamələr, bəyanətlər imzalayaraq Azərbaycan xalqının, Ordumuzun səbr kasasını doldurub".

Gənc siyasətçi bildirib ki, bu gün işğalçı dövlət işğala son qoyana qədər dövlət rəsmilərimizin dediyi kimi “Sülhəməcburetmə Əməliyyatı” Şanlı ordumuz tərəfindən davam etdiriləcəyinə hər kəs kimi mən də inanıram: "Döyüşlərin getdiyi cəbhəyanı bölgələrdə insanların qorxmazlığı, ruh yüksəkliyi hər birimizdə qürur hissi oyadır. Bu gün Ali Baş Komandan İlham Əliyevin sayəsində xalqımızda xüsusən də, məcburi köçkünlərimizdə öz dədə-baba yurdlarına qayıtmaq ümidi yaranıb. Bu gün cəbhədə Azərbaycan əsgərinə qarşı döyüşən hər bir erməni əsgəri cavabını alır, ancaq Ordumuz müharibəni beynəlxalq insan hüquq normalarına uyğun olaraq aparır, dinc sakinlərə, mülki obyektlərə ziyan vurmur, təslim olan ermənilərə qarşı heç bir zor tətbiq etmir".

V.Əliyev vurğulayıb ki, humanizm prinsplərindən uzaq davranan, terrorçu mövqe sərgiləyən ermənilər isə dinc əhalimizi, cəbhədən uzaq yerləşən yaşayış məntəqələrimizi, məktəblərimizi, bir sözlə, mülki obyetktləri hədəf alır: "Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək, Azərbaycan bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq! Son olaraq fikrimi bütün dünya ictimaiyyətinin artıq dərk etməyə başladığı Cənab Prezidentin bu gözəl kəliməsi ilə bitirmək istəyirəm “QARABAĞ AZƏRBAYCANDIR!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə