Hikmət Hacıyev: “Son dövrlərdə mənim adımdan sosial şəbəkələrində saxta profillər yaradılır”

Hikmət Hacıyev: “Son dövrlərdə mənim adımdan sosial şəbəkələrində saxta profillər yaradılır”

“Bildirirəm ki, son dövrlərdə mənim adımdan facebook, Instagram və Twitter sosial şəbəkələrində saxta profillər yaradılır”.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib ki, bunun arxasında erməni dairələrinin olması istisna deyildir: “Mən yalnız twitter sosial şəbəkəsində @hikmethajiyev hesabından Istifadə edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə