Ermənilərin Gəncəyə raket atəşi nəticəsində 4 dinc sakin ölüb, 40-dan artıq yaralı var - FOTO, YENİLƏNİB

Ermənilərin Gəncəyə raket atəşi nəticəsində 4 dinc sakin ölüb, 40-dan artıq yaralı var - FOTO, YENİLƏNİB

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutublar.

SİA xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfərdən artıq yaralı var. Yaralılar arasında azyaşlılar da var.

***

04:45

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir.

Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə