"Ailə Dünyası" Ailələrə Hüqiqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində maliyyələşdirdiyi "İnsan alverindən zərər çəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi" layihəsinin icra planına uyğun olaraq, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin "Qadın və Uşaq" sığınacağındakı zərərçəkmişlərə gələcəkdə kiçik bizneslərini qurmaq üçün "Biznesi nədən başlamaq olar?" mövzusunda təlim keçirib. Təlim beynəlxalq standartlar üzrə ölkənin tanınmış mütəxəssisi, Azərbaycan "Bureau De Qualite" şirkətinin dirtektoru Asif İbrahimov tərəfindən aparılıb. Təlimdə zərərçəkmişlərə "Hansı biznesi qursanız sizin üçün faydalı olar?", "Biznes planı necə hazırlanır" mövzusunda müzakirələr aparılıb, məlumatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB