Murad Salmanov İsrail və Amerikadan olan min nəfərlik yəhudi qrupa Qarabağ həqiqətlərini çatdırdı
Gənc tədqiqatçı Murad Salmanov “İsraildə Türkiyəlilər Birliyinin” təşkil etdiyi onlayn konfransda çıxış edib. Salmanov konfransda İsrail, Türkiyə, Amerika və dünyanın bir çox ölkəsindən olan min nəfərlik qrupa cəbhədə baş verən hadisələrdən, Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı mübarizədən və İsrail-Azərbaycan münasibətlərdən danışıb.
Murad Salmanov bildirib ki, Ermənistan 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğalda saxlayır. İşğalçı Ermənistan dinc sakinlərin yaşadıqları yerləri atəşə tutaraq mülki əhaliyə ziyan vurur. Qarabağa dünyanın bir çox ölkəsindən terrorist qrupları yerləşdirib. Azərbaycan dövləti bu gün öz torpaqlarını terroristlərdən təmizləyir. Azərbaycanda xalqı öz prezidentinin və ordusunun yanındadır.
O həmçinin, yəhudilərin hər zaman Azərbaycan dövlətindən gördüyü qayğıdan və ölkəmizdə olan tolerant mühitdən danışıb. Murad Salmanov qeyd edib ki, Azərbaycan İsrail arasında dostluq münasibətləri mövcuddur. Azərbaycan yəhudiləri bu münasibətlərdə körpü rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB